Zakir Həsənov əmr verdi; Ordumuz raketləri işə saldı

img

28-08-2015 [15:14]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, təlim mərkəzində 203 millimetrlik "Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.
Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA