Ancaq FHN-lə bağlı....- Kəmaləddin Heydərovdan şikayətçilərə xəbərdarlıq

img

28-08-2015 [10:59]


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2015-ci il tarixində saat 11:00-dan Tərtər şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Nazirlə görüşmək istəyənlər (12) 512-01-14 nömrəli telefonla və info@fhn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA