Səlim Müslümovun işçisi kimin haqqını qorumalıdır? - Məhkəmədə ilginc olay

img

27-08-2015 [20:18]



Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ləğv edilməsini təklif edib.

Mia.az xəbər verir ki, bu barədə o, "Facebook"da fikirini açıqlayıb.

Mirvari Qəhrəmanlı deyib ki, 4 ilə yaxın bir müddətdə davam edən Qarabağ müharibəsi veteranyla peşə xəstəliyi ilə əlaqədar 2-ci qrup əmək əlili ilə "Maersk" şirkəti arasında olan ayrı-ayrı iddialar üzrə 5 məhkəmə (bunlardan ikisi işçinin, üçü isə şirkətin işçiyə qarşı) prosesi yekunlaşıb:


Mirvari QƏHRƏMANLI

"Peşə xəstəliyi və kompensasiyaların ödənilməsi ilə əlaqədar olan olan iddialarda və qarşılıqlı iddialarda işçinin xeyrinə məhkəmə qərarları qəbul edildi. Öz hüquqlarının bərpası ilə əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət edən işçi nəinki bu qurumdan kömək gördü, əksinə, bu qurumu məhkəmədə şirkətin tərəfində üçüncü şəxs statusunda özünə qarşı hücumda gördü. Məhkəmə prosesində Dövlət Əmək Müfəttişliyinin Fuad adlı hüquqşünası "Maersk" şirkətini onların özündən də daha çox cənfəşanlıqla müdafiə etsə də, heç bir nəticəsi olmadı. Kaş işçini də belə müdafiə edəydilər. Yenə də əvvəlki təklifimi təkrar edirəm, Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirməli olan Dövlət Əmək Müfəttişliyi Xidmətini ləğv edilməsini, onlara ayrılan vəsaitin isə əmək əlillərinə yönəldilməsini təklif edirəm". 

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA