ADA Universitetində 40 ölkədən 103 tələbə təhsil alacaq

img

27-08-2015 [18:25]


Yeni tədris ilində ADA Universitetində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq. 

Universitetdən Mia.az-a verilən məlumata görə, onlardan 52-si Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən "Əlimərdan bəy Topçubaşov” təqaüdünü qazanıb. Səkkiz nəfər isə ADA Universitetinin beynəlxalq tərəfdaşları olan ali təhsil müəssisələri, o cümlədən Fransanın İESEG menecment məktəbi, Böyük Britaniyanın Qlazqo, Koreya Respublikasının Hankuk, ABŞ-ın Miçiqan və Türkiyənin Giresun universitetləri ilə mübadilə proqramları çərçivəsində gələn tələbələrdir.

Məlumatda bildirilir ki, "Qlobal liderlik” fəlsəfə sütunlarından biri olan ADA Universitetində tədris prosesinin beynəlmiləl olmasına böyük əhəmiyyət verilir. Belə ki, bu ali təhsil müəssisəsinin təkcə tələbələri deyil, professor-müəllim heyətinin də bir qismi xarici mütəxəssislərdən ibarətdir.

Universitetin hökumət, beynəlxalq münasibətlər və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, məqsəd innovativ təhsil verməklə yanaşı, təkcə bölgədə deyil, bütün dünyada müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevriləcək məzunlar hazırlamaqdır: "ADA Universitetinin beynəlxalq tələbələrinin coğrafiyası bu il bir qədər də genişlənərək Əlcəzair, Kolumbiya, Misir, İtaliya, Hindistan, İraq, Almaniya kimi ölkələri əhatə edib. Bu da ADA Universitetinin və Azərbaycanda verilən təhsilin təkcə bölgədə deyil, bütün dünyada tanınmağa başladığından xəbər verir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA