27-08-2015 [17:10]
Azərbaycan Dövlət İqtisad Universiteti yenə çalxalanır. Yeni rektor təyinatı təhsil ocağının rüşvət mənbəyini silkələyib. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb. Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub.
TİA.AZ-a verilən məlumata görə, rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.
Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.
Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırıblar.
Daxil olan məlumata görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra qaranlıq əməliyyatlara imza atıb.
Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox şeylər var. Əldə etdiyimiz informasiyada bildirilir ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.
Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər. Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra "maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə "paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb.
Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində "əmək haqqı” aldıqları qeyd olunur. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib.
Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov (O, sabiq rektor Şəmsəddin Hacıyevin sayəsində bu vəzifəyə təyin edilib-Redaksiya) və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır.
Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür(Tia.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi