Hökumət qərar verdi: Ali təhsillə bağlı dəyişiklik oldu

img

27-08-2015 [16:54]


Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təklifini nəzərə alaraq "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

MİA-nın məlumatına görə, dəyişikliyə əsasən ali təhsilin doktorantura səviyyəsi üzrə siyasi elmlər bölməsində ixtisasların sayı artırılıb. Ali təhsilin doktorantura səviyyəsində siyasi elmlər bölməsinə "Davamlı inkişafın idarə edilməsi” ixtisası əlavə edilib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA