Müdafiə naziri İlham Zəkiyevi təltif etdi

img

27-08-2015 [16:05]


Azərbaycan Respublikası Müdafiə Nazirliyi paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevə təşəkkürnamə verib.

Təşəkkürnaməni İlham Zəkiyevə müdafiə naziri Zakir Həsənov özü təqdim edib. Təşəkkürnamədə deyilir: "Sizi Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa Oyunlarında şərəfimizə qaldırılan Bayraq Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA