27-08-2015 [12:42]
Bakıda "Avroviziya” yarışmasından öncə yüzlərlə kazino və qumarxananın açıldığını qeyd etmişdik ki, bunların da yarısına «Qara Vəzir» kimi tanınan şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi.
Digər qruplaşmaya isə «Qobulu Naib» başçılıq edirdi. Bu iki rəqib qruplaşma ilk vaxtlar bir-birlərinə maneçilik törətməyəcəkləri ilə bağlı razılığa gəlmişdilər. Naibin qruplaşması kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbəsində açırdı. "Kazinolar kralı” kimi tanınan Vəzir isə qorxu-hürkü bilmədən əhalinin gur olduğu yerlərdə, metrostansiyaların çıxışına yaxın binaların zirzəmilərində icarəyə yer götürüb, orada online qumarxana təşkil edirdi.
Obyektlərin hamısına Vəzirin oğli Tofiq Qaranizadə nəzarət edirdi. Tofiq sabiq polis işçisi olduğundan, hüquq-mühafizə orqanlarından "qorunmağın” da yollarını bilirdi. Bu qumarxanaların hər birində ciddi konspirasiya vardı. Qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılırdı. Polisin nəyisə sübut etməsi də çətin idi. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırırdılar. Belə olan halda nəyisə sübut etmək çətin olurdu. Çünki proqram itirdi.
Qeyri-leqal vəziyyətdə işləmək belə külli-miqdarda qacanc gətiridi. "Qara Vəzir”in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1 milyon 340 min manat qazanc gətirmişdi. Nəzərə alsaq ki, onun işlətdiyi belə kazinoların sayı 20-dən çox idi, o zaman bu kazino mafiyasının nə qədər qazanc əldə etdiyini təxmin etmək olar.
Azinforum.az-ın məlumatına görə, bir qədər müddət keçəndən sonra, hər şey dəyişdi. Rəqib qruplaşmalar arasında nifaq düşəndə onlar özləri bir-birindən polis orqanlarına gizli məlumat ötürməyə başladılar. Ümid etdilər ki, rəqib qruplaşma tutulacaq, "qiymətli məlumat”a görə isə polis onlara dəyməyəcək. Rəqabət olmayanda daha böyük qazanc olacaqdı.
Ancaq polis orqanları, sadəcə, vaxt udurdular. Kifayət qədər dəlil və sübutlar yığıldıqdan sonra həm Vəzir Qaranizadə, həm də Naib həbs olundu. Onların qruplaşmasının bir çox üzvləri də zərərsizləşdirildi.
"Avroviziya” mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən tam ləğv edildi.
Mərhum prezident Heydər Əliyev vaxtilə Azərbaycanda bütün kazinoların bağlanması barədə qərar vermişdi. Ancaq buna baxmayaraq bəzi qüvvələr qumardan gələn böyük gəlirə şirnikləşərək öz əməllərini hələ də davam etdirirlər.
Düzdür, hərdən eşidirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları kazino-qumarxana təşkil etməkdə təqsirləndirilən bəzi şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər. Amma buna baxmayaraq, işbazlar öz qanunsuz fəaliyyətlərinə ara vermirlər. Nəticədə, cəmiyyəti bürüyən bu problem isə getdikcə şişir.
Ümumiyyətlə, son illər futbol-mərc oyunlarına görə evini satanlar, ailəsi dağılanlar, hətta intihar edənlər də kifayər qədərdir.
Bu tipli oyunların müəyyən mənada leqallaşması üçün bukmeyker kantoru olan "TOPAZ” yaradılsa da, bəzi kazino-qumar həvəskarları bu kantorun adı altında köhnə əməllərini yenə davam etdirməkdədirlər.
Yəni pis-yaxşı leqal fəaliyyət göstərən, dövlət büdcəsinə vergi ödəyən "TOPAZ”-dan başqa gizli fəaliyyət göstərən futbol-mərc oyunlarının qara bazarı da var. Və qara bazarın dövriyyəsi "TOPAZ”-ınkını dəfələrlə üstələyir. Ancaq onlar dövlətin büdcəsinə bir manat da ödəmirlər.
Öz fəaliyyətlərini pərdələmək üçün qara bazarın nümayəndələri "TOPAZ”-ın məntəqələri kimi qeyd olunsalar da əslində onların fəaliyyəti qeyri-leqaldır.
Digər tərəfdən bu məntəqələrdə təkcə futbol-mərc oyunları deyil, kazino-qumar oyunları da geniş yayılıb. Hansı ki, bu fəaliyyət qanunla qadağan olunub.
Deməli, bu qeyri-leqal məntəqələrin sahibləri kazino oyunları ilə yanaşı futbolun qara bazarını da idarə edirlər. Belə gizli məntəqə sahiblərindən biri də Mehman adlı ( "Yeraz” ləqəbli ) şəxsdir. Onun şəriki isə Rüfətdir.
Məlumatlı mənbə bildirir ki, futbolun qara bazarının gündəlik dövriyyəsi 200 min manatdan çoxdur.
"Əcəmi” metrostansiyasının yaxınlığında olan məntəqələrində arxa kabinetlərdə qara bazarın gündəlik "hesabat”ları aparılır. Bu şəbəkəni idarə edən "Yeraz Mehman” özünü hüquq-mühafizə orqanlarına yaxın şəxs kimi qələmə verir və qumar dünyasına göstərə bildiyi "krışalıq” fəaliyyətinə görə, "DAYI” ləqəbi ilə tanınır.
Mənbə onu da bildirir ki, bu gizli şəbəkə RUB90.RU saytı vastəsilə Azərbaycanın bütün rayonlarında canlı futbola "stavka” ( pul mərci ) qoyanların cibinə girməklə də məşğuldur. Mərkəzi server Rusiyada olan həmin saytı idarə edənlərin içərisində erməni millətinə mənsub olan şəxslərin olmasına dair də fikirlər səslənir.
Mənbə Azinforum.az-a onu da bildirdi ki, Mehmanın gizli kazino ( ruletka, poker, oyun avtomatları və s) obyektləri də olub.
Bu qara bazarı idarə edənlər tez-tez müştəriləri aldadırlar, "razborka”lar olur. Ancaq bu məntəqələr qeyri-qanuni işlədiyi üçün müştərilər heç yerə şikayət edə bilmirlər.
Azinforum.az-ın məlumatına görə, "TOPAZ”-ın gəlirlərinin bir hissəsi idmanın inkişafına yönəldiyi halda, qara bazarda yığılan milyonların hara getdiyi məlum deyil. Bu pulların kriminal dünyanın "obşakına” da köçürüldüyü istisna edilmir. Artıq "Yeraz Mehman” daha gəlirli qumar növü olan lotonu "xoda” salıb. Hazırda onun Bakıxanov qəsəbəsində olan lotoxanalarından birində açıq qumar oyununun təşkil edildiyi bildirilir.
Qeyd edək ki, hazırda "Yeraz Mehman” qumar aləminin kralı hesab olunur. Xüsusilə də ötən il onun "Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı parlaq qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş oldu. Hazırda yenicə həbsdən çıxan "Qara Vəzir” barəsində mətbuatda bəzi məlumatlar getsə də, bu yayındırıcı xarakter daşıyır. Çünki bütün sahələrə nüfuz etməyi bacaran "Yeraz Mehman”ın caynaqları mətbuata qədər də uzana bilib. Bir sözlə, "DAYI” öz işindədi…
Futbol oyunlarının qara bazarını, kazino oyunlarını və lotonu idarə edən gizli şəbəkə ilə bağlı araşdırmamız davam edir…
Rövşən ƏLİ,
Azinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi