Heydər Əliyevin maşını satışa çıxdı

img

26-08-2015 [22:27]


Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb. Mia.az baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvəllər Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.

Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).

QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda 1959 istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA