Hökumət qərar verdi; Vizaların verilməsi ilə bağlı qaydalar dəyişdi

img

26-08-2015 [22:12]


Elektron turist vizasının verilməsi hüququnu əldə etmək istəyən turizm şirkətlərinin işini asanlaşdıracaq yeni qaydalar tətbiq edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.

Bu yeni qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmış və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.

Qeyd olunanlara əsasən, Turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər Nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA