Daşınmaz əmlak və maşınların icbari sığortası ilə bağlı qaydalar dəyişdi

img

26-08-2015 [19:15]


Maliyyə Nazirliyinin Kollegiyası "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları”, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları” və "Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”nda dəyişikliklər edib.

MİA-nın məlumatına görə, dəyişiklik "İcbari sığortalar haqqında” qanunda və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarının mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim edilməsi və onların uçotunun aparılması İcbari Sığorta Bürosunun funksiyalarına aid edilməsi ilə bağlıdır.

Bu Qaydalara əsasən indiyə qədər daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları iştirakçı sığortaçıların vəsaiti hesabına İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdirilib. Dəyişikliyə əsasən iştirakçı sığortaçılar bu şəhadətnamələrinin blanklarının hazırlanması üçün vəsait ödəməyəcək. Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA