Dəmiryolçular PA qarşısında piket keçirir - Cavid Qurbanova qarşı etiraz

img

26-08-2015 [15:09]


Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər.

Bu haqda Azadlıq Radiosuna aksiyaçılardan biri - Mələk Əliyeva deyib.

Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edirlər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər.

«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», - dəmiryolçu qadın deyib.

Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirib: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik».

Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA