Mikayıl Cabbarov deputatın anasına vəzifə verdi - Təyinat

img

26-08-2015 [13:58]



Millət vəkili Ceyhun Osmanlının anasına vəzifə verilib. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Xuraman Osmanova Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına direktor təyin olunub.


Qeyd edək ki, X. Osmanova bundan əvvəl Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsildə İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifəsində işləyib.

Xatırladaq ki, bir müddət əvvəl M. Cabbarov Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının ləğv edilməsi barədə əmr vermişdi. Nazirin əmri ilə Gimnaziyanın bazasında istedadlar Liseyinin yaradılması nəzərdə tutulurdu(Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA