Səbailli “Gənc Heydərçilər”- Xaçmazda

img

26-08-2015 [12:37]


Səbail Rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə Qusarda təşkil etdiyi "Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Xaçmaz şəhərində olublar.

MİA-ya daxil olan məlumata görə, layihə iştirakçıları əvvəlcə açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olublar.

Xaçmaz rayonu ilə tanışlığı davam etdirən düşərgə iştirakçıları Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzində olan layihə iştirakçılarına mərhum prezidentin həyatı, ölkənin inkişafı naminə gördüyü işlər barədə ətraflı məlumat verilib.

Düşərgə iştirakçıları Xaçmaz şəhərindəki parkları gəzib, xatirə fotoşəkilləri çəkdiriblər.

Ertəsi gün "Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Qusardakı "Şahdağ” Turizm Mərkəzində olublar. Uşaqlar mərkəzdəki yay əyləncələrindən istifadə edib, onlar üçün böyük konsert proqrammı təşkil olunub.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA