25-08-2015 [18:14]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, Elmar Məmmədyarov Cənubi Qafqaz regionunda və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazir beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.
Suyun humanitar mahiyyət kəsb etdiyini deyən Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin olunması üçün nəzərdə tutulduğu barədə məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını vurğulayıb. O əlavə edib ki, Ermənistan tərəfi Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.
Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi, insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini söyləyib. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna olunmadığını bildirib.
Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. Biz o zaman razı qalardıq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın.
Elmar Məmmədyarov ümidvar olduğunu bildirib ki, bu hesabat hazırlandıqdan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi