Bərdədə məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib

img

25-08-2015 [18:03]


Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı çoxmənzilli binada yanğın baş verib. 

Hadisə bina 4, mənzil 23-də - Vahid Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın başlayan zaman evdə heç kim olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun qarşısını alıb. Binanın sakinləri təxliyyə olunublar. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib. 

İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb. Evin hamam hissəsinin qapısı və tavanı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir (Region TV).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA