25-08-2015 [11:14]
Azərbaycan Nazirlər Kabineti "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklər edib.
Mia.az xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliklərə əsasən, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib. Dəyişikliyə əsasən, bu yardım buğda və çəltik səpininə də şamil olunub.
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilib.
Qərarla, kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılıb və tərkibi təsdiqlənib.
Əlavəyə görə, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na istehsalçılara mineral gübrələrin güzəştlə satılması üçün əsas meyar onların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və gübrə veriləcək genetik modifikasiya olunmamış bitkilərin və çoxillik əkmələrin becərildiyi 1 hektar torpaq sahəsi götürülür. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına 70 faiz həcmində güzəşt tətbiq olunur və bu güzəştin məbləğinin yuxarı həddi hər hektara görə 80 manat müəyyən edilməsi əlavə olunub.
Mineral gübrələrin istehsalçılara güzəştli qiymətlərlə satışının bu qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq tənzimlənməsi Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyası və "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən yaradılmış kənd ərazi komissiyaları və Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarələri tərəfindən həyata keçirilir.
Respublika Komissiyasının iclaslarının keçirilməsinin təşkili, rayon (şəhər) kənd təsərrüfatı idarələrindən və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən daxil olan materialların təhlili və icmal məlumatların hazırlanıb Respublika Komissiyasına təqdim edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yaradılan işçi qrupu tərəfindən təmin edilir.
İstehsalçı mineral gübrələri güzəştli qiymətlərlə satıcıdan əldə etmək məqsədi ilə alınacaq mineral gübrələrin növünü və çəkisini göstərməklə, bu qaydaların 1 nömrəli əlavəsindəki formaya uyğun ərizə ilə satıcıya müraciət etməlidir.
Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirir və hər il əsas əkinlər üzrə martın 15-dək, təkrar əkinlər üzrə iyulun 1-dək rayon (şəhər) kənd təsərrüfatı idarələri vasitəsilə kənd ərazi komissiyalarına çatdırılmasını təmin edir.
Yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün sənədləri hər il mayın 25-dək kənd ərazi komissiyasına təqdim edir.
Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və baxış aktı tərtib edir.
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslər üçün ödəniş kartlarının 3 ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi