3599 nəfər müəllim olmaq istədi, ancaq 356 işə qəbul olundu

img

24-08-2015 [16:59]


2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Mia.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib. Onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb.

Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 % artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Nazirlikdən qeyd ediblər ki, bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA