Bərdədə və Ağdamda minadan zərərçəkənlərin problemləri - KONFRANS (FOTOLAR)

img

24-08-2015 [14:26]


Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Minadan zərərçəkənlərin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində hər biri ikigünlük olmaqla Bərdə və Ağdamda rayonlarında iki maarifləndirmə konfransı keçirilib.

Mia.az xəbər verir ki, layihənin məqsədi mina qurbanlarının Azərbaycan cəmiyyətinə olan inteqrasiyasının gücləndirilməsi, dövlət tərəfindən onlara şamil edilmiş güzəşt və imtiyazlarla bağlı həm mina qurbanlarının, həm də müvafiq dövlət strukturlarının maarifləndirməsidir.

Konfransda Bərdə, Ağdam və Tərtər rayonunda yaşayan minadan zərərçəkənlər, hər iki rayonunun İcra Hakimiyyətinin, səhiyyə və təhsil şöbəsinin nümayəndələri hərbi komissarlığın təmsilçilər iştirak edib.

Hər iki konfransda AMZA-nın hazırladığı "Hüquqlarınızı bilirsinizmi?” adlı buklet iştirakçılara paylanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA