Bakının tıxac dərdinə qarşı “Yaşıl dalğa” əməliyyatı

img

24-08-2015 [12:54]


Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda svetoforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Mia.az-a daxil olan məlumatda deyilir ki, mərkəzin yeni tədris ili ilə bağlı tətbiq etdiyi yeniliklərdə həmçinin avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda "yaşıl dalğa”ların sayı artırılır.

Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxt ərazisindəki təhsil müəssisələrinin əraziləri müəyyən olunub və "yaşıl dalğa”lar daha çox məhz təhsil ocaqlarının yerləşdiyi ərazilərdə tətbiq olunur.

Çünki burada avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün "yaşıl dalğa” əmri daha çox bu ərazilərdə tətbiq olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA