Neft kəskin düşdü - Enerji qiymətində uşurum dərinləşir

img

24-08-2015 [10:11]


Dünya bazarlarında Brent markalı neftin qiyməti ucuzlaşaraq barrel üçün 45 dollardan aşağı düşüb. 

Mia.az ANS-ə istinadən xəbər verir ki, hazırda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 44,55 dollardır. Sutka ərzində ucuzlaşma 1,74% olub. 

Texas markalı neftin barrelinin qiyməti isə 40 dollardan aşağı düşüb. Texas nefti sutka ərzində 2,15% ucuzlaşaraq barrel üzrə qiyməti 39,58 dollara düşüb. 

Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb son aylarda İranla qərb ölkələri arasında razılığın əldə edilməsidir. Çində iqtisadi böhran da neftə tələbatı azaldıb. 

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə şənbə günü London birjasında 3,86% və ya 2 dollar ucuzlaşaraq 46,23 dollar təşkil edib.

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA