Mingəçevirdə növbəti həbslər: Maskalılar növbəti əməliyyata başladı - FOTOLAR

img

23-08-2015 [13:04]


Mingəçevirdə polislə toqquşmalarda iştirak edənlərin həbsinə başlanılıb.

Bu barədə musvat.com-un Mingəçevirə ezam olunmuş reportyoruna sakinlər məlumat veriblər. Həbslər əsasən Mingəçevirin kənd hissəsində həyata keçirilib. 

Sakinlərin məlumatına görə, gecə saatlarında kəndə üzü maskalı şəxslər zirehli maşınlarla daxil olublar. Saxlanılanların aksiya fəalları olduğu bildirilir.

Dünən saxlanılanların hazırda Mingəçevir Şəhər Polis İdarəsində olduqları bildirilir.

Polis idarəsindən musavat.com-a saxlanılanların vəziyyəti və sayı barədə məlumat veriləcəyi deyilib.
 
Hazırda saxlanılanların yaxınları polis idarəsinin qarşısında gözləyirlər. Saxlanılanların yaxınlarına bildirilib ki, izahat alındıqdan sonra onlar sərbəst buraxılacaqlar.
 
Saxlanılan şəxslərdən bir nəfər bir müddət öncə polis idarəsindən çıxarılaraq, naməlum istiqamətə aparılıb. 

Həmin şəxsin Mingəçevir şəhər Prokurorluğuna aparıldığı ehtimal olunur.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA