22-08-2015 [18:15]
Mingəçevir Şəhər Polis Şöbəsində Behruz Hacıyevin ölümü ətrafında "polis zorakılığı” adı altında yaradılan süni ajiotaj ictimai narahatlıq doğuran haldır. Ölüm, zorakılıq halları üzrə İxtisaslı, bilgili şəxslərin rəyinə söykənməyən, aparılan rəsmi istintaq-ekspertiza araşdırmasının heç olmasa ilkin nəticəsini gözləmədən vətəndaşın döyülüb öldürülməsi barədə iddialar qərəzli görünür. Bu kimi iddiaların mətbuat vasitəsilə ictimailəşdirilməsi isə, artıq sabitliyin pozulmasına, vətəndaş-polis qarşıdurmasına gətirib çıxara bilər. Odur ki, belə, ictimai rezonans doğuran hadisələrə ehtiyatl və bununla bununla birlikdə vicdanlı və ədalətli yanaşmaya ehtiyac var.
Elə, ilkin müşahidələr o qənaəti yaradır ki, mərhum Bəhruz Hacıyevin ölümü hündürlükdən yıxılma versiyasına uygun gəlir. Mərhumun doğmalarının meyidin məhkəmə-tibbi ekspertizasında blavasitə iştirak ediblər. Onların bildirdiyinə görə ölümə səbəb ola bilən travmaları baş nahiyyəsindədir. Belə ki, kəllə qapaqlarının qəlpəli sınığı, baş beyinin əzilməsi, kəllə əsasının çatlaması və bunlar hamısı yaranma mexanizminə görə hündürlükdən başı üstə yıxılmada törənə bilən xəsarətlərdir. Xarakterinə görə həyatla bir araya sığmayan, ani ölüm yarada bilən çox ağır xəsarətlər kompleksidir.
Bəhruz Hacıyevə qarşı polis zorakılığını obyektiv inkar edən versiya onun ölümünün çox qısa zaman kəsimində baş verməsidir. Hətta mərhumun doğmaları təsdiq edirlər ki, Bəhruz polis şöbəsinə daxil olandan cəmi 10 dəqiqə sonra onun ölümü baş verib. Bu qısa vaxtin bir hissəsi onu 3-cü mərtəbəyə qaldırmağa gedib. Qalan 5-6 dəqiqədə, Bəhruz otaga daxil olan kimi, polislərin sorgu-sualsız, dərhal vətəndaşın üstünə tökülüşüb tez surətdə ölümünə vurması və dərhal da, pəncərədən aşağı atması zaman və həm fiziki baxımdan mümkünsüzdür.
Obyektiv, məntiqli düşüncə onu göstərir ki, mərhum otağa daxil olan kimi, həyəcandan, qorxudan ya nədənsə, pəncərə tərəfdən qaçmaq istəyib. Həmin tələsikdə, qaçhaqaç-tuthatutda tullanışda düzgün oriyentir götürə bilməyib. Enmə müvazinətini itirərək başı üstə sərt əşyaya və ya bərk yer örtüyünə, asfalta dəyib. Bununla da ani ölüm baş verib.
Bunlar mənim, bir mütəxəssis kimi, ilkin müşahidə və məlumatlar əsasında gəldiyim müstəqil şəxsi qənaətlərimdir. Bu barədə daha dəqiq və dolgun bilgiləri isə təbii ki, aparılan ölüm faktı üzrə qaldırılmış cinayət işi əsasında aparılan ekspertiza və istintaq tədbirlərinin nəticələri verməlidir.
Mən vətəndaşlara qarşı polis zorakılığının qəti əleyhinəyəm. Gənc vətəndaşımızın həyatını belə faciəvi formada itirməsinə dərin təəssüf edib heyfsilənirəm. Ancaq hər bir belə hadisədə ədalətsiz olaraq polisi yerli-yersiz günahlandımağın, xüsusən də, bunu KİV-də əsassız ictimailəşdirməyin əleyhinəyəm. Gərək vətəndaş cəmiyyətu olaraq haqq-ədaləti itirməyək ki, qərəzsiz olaq ki, bunu da yeri düşəndə tələb edə bilək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi