22-08-2015 [14:46]
Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın qaynatası Azər Rüstəmov Ölkə.Az-ın suallarını cavablandırıb.
Qeyd edək ki, Ş.Rüstəmova üç uşağını evdə qoyaraq Bakıya qaçmaqla mətbuatın gündəmindədir.
- Azər müəllim, gəlininiz bildirir ki, siz və həyat yoldaşınız onu döydüyünüzə görə evdən qaçıb.
- Siz gəlib sübutlara da baxın da...
- Sübut deyərkən nəyi nəzərdə tutursunuz?
- Gəlin sizə müsahibəsində çox şeyi səhv deyib. Bu işi polis araşdırır.
- Gəlininiz bildirir ki, boşanmaq istəyirəm. Anası isə deyir ki, siz bir neçə dəfə onun qızının üstünə kəsici alətlərlə-dəhrəylə, dəryazla hücum etmisiniz. Deyilənləri təsdiq edirsinizmi?
- Deyilənləri təsdiq yox, konkret hansı faktı deyirsinizsə, onu deyə bilərəm. Ümumi sözlə mən nə deyə bilərəm?
- Gəlininizin anası Alidə Məmmədovanın dedikləri barədə sizin fikirlərinizi bilmək istərdim...
- Elə şey qətiyyən olmayıb.
- Döymək olub?
- Qətiyyən.
- Bildirir ki, həyat yoldaşını 8-9 ayda bir dəfə görürmüş, onda da dava-dalaş olurmuş.
- Rusiya qanunlarına əsasən orada üç aydan artıq qalmaq olmaz. Oğlum üç aydan bir Azərbaycana gəlirdi.
- Gəlininiz bildirir ki, qaynanası, qaynatası və həyat yoldaşı tərəfindən təhqir olunurdu.
- Azərbaycanda qaynana-gəlin problemi həmişə olub və olacaq. Sən qabı niyə yumamısan, niyə çirklidir? Belə məsələlər söz-söhbət yarada bilər.
- Gəlininiz evi tərk edəndə xəbəriniz olmuşdu? Ümumiyyətlə, şübhələnmişdiniz?
- Evdən çıxıb qaçmaq bir anın içərisində ola bilməz. Bunun üçün müəyyən hazırlıqlar olub və sonra o, qaçıb.
- Hazırlıq deyərkən?
- Bu iş iki ay əvvəldən planlaşdırılıb. Mən özüm də şübhələnmişdim. Ona telefon almamışdım, nömrəsi də yox idi. Bunları polisə də demişəm. Məncə, bunları sizə deməyə ehtiyac yoxdur.
- Var. O baxımdan ki, ortada sizə qarşı da ittihamlar mövcuddur. Bunlar qarşı tərəfin fikirləridir, mənim yox. Ümumiyyətlə, sizin suallara cavab vermək istəməməyiniz qəribə gəlir.
- Orada əsası olmayan fikirlər var.
- Siz həm də müəllimsiniz?
- Bəli, mindən çox uşaq tərbiyə edib yola salmışam. Gəlinimi döyə bilərəmmi? Məktəbdə direktorun tədris işləri üzrə müaviniyəm.
- Gəlin sizin maşınınızın açarını və pul götürübmü?
- Gəlin gedəndə cibinə baxmamışdım. Amma maşının açarını götürüb bağa tullayıb. Səhəri gün uşaqlar bağdan tapıblar. Sandığı açıb zinət əşyalarını götürüb və Bakıda satıb. Bu haqda sənədlər də var. Nəyi neçəyə, hara satdığı da müəyyən olunub. Qaracallıdan hansı ünvana getdiyi, kimlərlə görüşdüyü, gecə kimlərlə, harada qaldığı da məlumdur.
- Gecəni Ucarda olub?
- İyulun 30-da gecə 12-yə qalmış evdən çıxıb. Həmin gecə Ağcaqabul körpüsünün üstündə oğlanla görüşüb və Buzovnaya tanışıgilə gediblər. Gecəni həmin iki oğlanla orada qalıblar. Oğlanlardan biri evin yiyəsidir, biri isə bunu dəvət edən.
- Bunların arasında yaxın münasibət olub?
- Polisin və oğlanların bildirdiyinə görə, bəli, bunların arasında intim əlaqə olub. Rəvan və Səxavət adlı iki nəfərdi. Səhv etmirəmsə, bunun intim münasibətdə olduğu Rəvandır. Hətta Rəvan da ailəlidir.
- Hər ikisi ilə?
- Şirvanlı oğlanla intim əlaqədə olublar.
- Deməli, gəlininiz ayın 30-da evdən gedib...
- Bəli, o gedəndən beş dəqiqə sonra bilmişəm. Futbola baxırdım, futbol qurtaranda yatmağa gedirdim, gördüm ki, telefon yoxdur.
- Gəlininiz sizdə olanda mobil telefon işlədirdi?
- Xeyr, biz ona telefon almamışıq. Lap əvvəl almışdıq, gördük ki, lazım deyil. Sonra qardaşlarının köməyi ilə nömrə əldə edib. Bu da evdə nömrəni gəzdirib, köhnə telefona qoyub işlədirdi. Biz bunu tutduq. Dedim bala, apar, nömrəni də anana ver. Dedim ki, aparıb araşdıracağam, görüm bu kimlərlə danışıb. Yoldaşım razı olmadı, ört-basdır elədik. Biz telefonu bunun əlindən alandan sonra nömrəni özündə gəzdirir və buna görə qardaşımın yoldaşının telefonunu oğurladı. Bu, dəqiq faktdır. Öz nömrəsi ilə həmin telefonu işlədirmiş. Bu da sübut olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi