Küçəyə silahlı polislər çıxarıldı, həbs edilənlər var - Mingəçevirdə qarşıdurma-Video

img

22-08-2015 [14:03]


Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyirlər.

Mərhumun atası mane olmaq istəsə də onlar aksiyaya israr edirlər.Bəhruz Hacıyev dəfnindən sonra səs bombası ilə silahlanan polislə aksiyaçılar arasında toqquşma olub. Döyülənlər, həbs edilənlər var.

Avqustun 20-də Mingəçevir polis idarəsində intihar etdiyi bildirilən 27 yaşlı Bəhruz Hacıyev dəfn olunub.

Mərhumun valideynləri isə övladlarının polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edir.

Hüquq-mühafizə orqanlarından oğlanlarının qatillərini tapmağı tələb edir. Bəhruz Hacıyevin bədənində «dubinka» və elektroşok izləri olub.

Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA