Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir

img

21-08-2015 [17:03]



Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri "TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.

Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə, müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirir.
Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA