21-08-2015 [16:46]
Mia.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında komitənin sədri, millət vəkili Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, qanunu qəbul olunmasi üçün bir çox amillər nəzərə alınmalıdır. Hazırda cəmiyyətimizin bu qanunun qəbuluna hazır olub-olmadığı araşdırılır.
Siqaretin satışına gəlincə bu məsələ "Tütün və tütün məmulatları haqqında" haqqında qanunda öz əksini tapıb. Qanunda tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan olunur.
Ancaq bu qaydanın icrasında problemlər var. İstənilən məktəbin yaxınlığında siqaret satılması faktının şahidi olmaq mümkündür.Tütün məmulatlarının satışı ilə məşğul olanlar isə bu qanundan ümümiyyətlə xəbərsiz olduqlarını deyirlər.
Satıcı Araz Ömərov deyir ki: "mən azyaşlılara siqaret satışının qadağan olduğunu bilmirdim. Qanunla qadağandırsa və nəzarət edilsə satmaram. Kim istəyər ki cərimə edilsin?”
Qəzet satışı üçün nəzərdə tutulan qasid dükanında işləyən satıcı Elnur Novruzov da 18 yaşından aşağı şəxsə siqaret satılmasının qanuna zidd olduğunu bilmir. O deyir ki, dənə ilə satdığı siqareti alanlar arasında azyaşlılar daha çoxdur.
"Amma buna nəzarət gücləndirilsə, bu bizim üçün ciddi itki olar” deyə satıcı əlavə etdi.
Qanunvericiliyə əsasən satıcı həddi buluğa çatmamış yeniyetməyə bir dənə də olsa siqaret satsa 16.5 manatdan 44 manatadək cərimə oluna bilər.
Hüquqşünas Aslan İsmayılovun sözlərinə görə inzibati Xətalar Məcəlləsinə əsasən "Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə şərti maliyyə vahidinin (şərti maliyyə vahidi 1 manat 10 qəpikdir) on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.
bu sahədə nəzarət mexanizmi ciddi olmadığına görə büdcədən külli miqdarda pullar yayınır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, dünyada hər dəqiqə 10 milyon ədəd, hər gün isə 15 milyard ədəd siqaret satılır.
Açıqlamada Azərbaycanın siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutduğu bildirilir.
Səhiyyə Nazirliyinin rəsmisi Nəsib Quliyev isə bu rəqəmlərlə razılaşmır. O qeyd etdi ki: "Azərbaycanda siqaret çəkənlərin sayı azalıb. Lakin təşkilat bunu ölkəmizdə təşviş yaratmaq üçün bilərəkdən edir. Olkəmizdə siqaret çəkənlər günbəgün azalır”.
Statistika Komitəsinin hesabatı da maraq doğurur. Komitənin rəsmisi Yaşar Əliyev açıqlamasında: "bu sorğunun obyektiv olmadığını” etiraf etdi. O dedi ki, sorğu ailə üzvlərinin bir yerdə olduğu zaman alınıb. Heç bir övlad, atasının heç bir qadın isə həyat yoldaşının qarşısında siqaret çəkdiyini etiraf etməz. "Ona görə də statistikada bu faizlərlə rastlaşsaz təəccüblənməyin.”-Yaşar Əliyev belə deyib.

2014-cü ildə siqaret çəkənlərin statistikası
Azərbaycanda siqarət çəkənlər arasında uşaqların sayı da az deyil. Sosioloqlar problemin həlli yolunu orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsində görürlər. Sosioloq Əhməd Qəşəmoğlu təklif edir ki, Birinci Avropa Oyunları zamanı olduğu kimi bu işə də könüllülər cəlb edilsin. "Könüllülərin əsas hədəfi azyaşlılara siqaret satanlar olmalıdır."-deyə sosioloq əlavə etdi.
Dünya ölkələri arasında ilk 25-liyə sadəcə çəkdiyimiz siqaret sayı ilə düşməyimiz əlbəttə bizim üçün müsbət hal deyil. Bu statistikada daha yüksəklərə çıxmamaq üçün Milli Məclis, Səhiyyə və Təhsil Nazirliklərini tez bir zamanda hərəkətə keçməlidirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi