20-08-2015 [16:06]
Mia.az xəbər verir ki, bu barədə Aznews.az-a "Parabank”ın həbs olunan sabiq əməkdaşı Ülvi Kazımovun anası Maya Kazımova bildirib. Maya Kazımovanın sözlərinə görə, oğlunun qanunsuz həbsi ilə bağlı Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın qəbulunda olublar: "Bizi Mehriban xanımın köməkçisi Məlahət Səttarova qəbul etdi. Məlahət xanım şikayətimizi dinləyib, işin mahiyyəti ilə tanış olandan sonra bizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna göndərdi. Eyni zamanda bizə bir telefon nömrəsi verdi ki, nəticə ilə bağlı onları məlumatlandıraq. Avqustun 17-də Fuad Ələsgərovun qəbulunda olduq. Bizi Fuad müəllimin müavini qəbul etdi. Onun bizə ilk sualı bu oldu ki, əgər oğlunuz pulu götürməyibsə, nə üçün ona qarşı ittiham irəli sürülüb? Axı "Parabank”da ondan başqa kassir işləyən çox adam var. İzah etdik ki, ilk növbədə yazılan şikayət ərizəsi "Parabank” tərəfindən deyil, "Kia Motors AZ” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov tərəfindən yazılıb.
Prokrorluqda bu iş birtərəfli araşdırılır. Çünki oğlum Ülvi Kazımov "Parabank”ın Nəsimi Filialının işçisi olub. Filiala isə Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edib. Ülvi Kazımov isə filialın işçisi olub və onun Səxavət Səfərovla səxsi əlaqəsi olmayıb ki, pulu şəxsən ona versin. Pul "Parabank”a verilib və cavabdehliyi də bank daşıyıb. Oğlum isə 2012-ci ilin oktyabrında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Həmin vaxt "Parabank” bunkerdə olan bütün qızıl-zinət əşyaları ilə yanaşı, qiymətli kağızlar və pulları sayılıb və təhvil götürülüb. İşdən öz ərizəsi ilə çıxması Ülvi Kazımovun əmək kitabçasında da öz əksini tapıb. Əgər həqiqətən həmin vaxt əksiklik olubsa, birbaşa olaraq polis və prokrorluq orqanlarına xəbər verilməli idi. Amma bunun əksinə olaraq 3 il sonra pulun yoxa çıxdəğı deyilir və "Kia Motors AZ” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov bankdan deyil Ülvi Kazımovdan şikayətçı olur”.
Maya Kazımovanın səzlərinə görə, onun səslərdiyi məlumatları qəbulu aparanlar təəccüblə qarşılayıb: "Biz, həmçinin, vurğuladıq ki, iddialara görə "Parabank”ın Nəsimi Filialından 689 min manat pul yoxa çıxıb. Bu isə "Parabank”ın Nəsimi Filialınin qanuni saxlanc limitindən (200 min manat) 3 dəfə çoxdur. Prokrorluqdan verilən məlumata görə, əksiklik 2015-ci ilin əvvəlində aparılan yoxlama zamanı aşkarlanıb. Amma qaydalara əsasən bir filial il ərzində minimum 2 dəfə öz mərkəzi bankı tırəfindən, 2 dəfə isə Mərkəzi Bank tərəfindən audit yoxlamasından keçir. Belə çıxır ki, 3 il ərzində Nəsimi filialında 12 yoxlama aparılıb və onlardan 11-də hər şey qaydasında olub. Sonuncu yoxlamada isə birdən-birə 689 min manatın yoxa cıxdığı məlum olub. Halbuki "Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərov öz çirkli pullarını qeyri-qanuni şəkildə vergidən yayındırmaq üçün bankın bunkerındə saxlamış (40 milyon manat) və onlara nəzarət üçün Farhad Abbasov adlı səxsi ora nəzarətçi təyin edib. Həmin şəxs isə bankın içərisində özünə 8 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. Farhad Abbasov hadisədən 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Bu məlumatları onların nəzərinə çatdırandan sonra işin əsl mahiyyəti onlar ünün də anlaşıqlı oldu və bizi Respublika Prokrorluğunda Kamal Qılıcovun qəbuluna göndərdilər. Kamal Qılıcovun qəbuluna getdikdə bildirdilər ki, 10 gün müddətində bizi qəbul edəcəklər. Ümid edirik ki, ədalətın öz yerini tapmasına nail ola biləcəyik”.
Nəzərə alsaq ki, filiala oğul Səfərov rəhbərlik edir, onda ata Səfərovun pullarının necə yerləşdirilməsi, onun dövlətdən necə gizlədilməsi və qeyri-qanuni yolla dövriyyə buraxılması kimi halların necə baş verməsi o qədər də təəccüblü deyil. Bu faktların aşkarlanmasıyla kimlərin cəzalanacağı bəlli olmasa da, Parabankın "Nəsimi” filialında "Kia Motors AZ” MMC-nin müştərək fırıldağıyla dövlətdən gizlədilən pulun təftişinə artıq başlanılıb.
Məsələ ictimailəşəndən sonra hər iki qurumda Vergilər Nazirliyi böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi