Mərkəzi Bankın yeni - Qaydaları

img

20-08-2015 [11:04]



Xəbər verdiyimiz kimi, Mərkəzi Bank "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” sənədini təsdiqləyib. 

Sənəd kredit təşkilatlarında məsuliyyətli kreditləşmənin stimullaşdırılması, bazar intizamı və şəffaflığın təmin edilməsi ilə bank sektorunda sistem riskləri, kredit portfelinin sürətli artım və konsentrasiya risklərinin azaldılmasına imkan verəcək. Eyni zamanda kredit müraciətlərinə baxan bankların müştərilərin ödəmə qabiliyyətini və kreditin təyinatını daha ciddi araşdırmasına səbəb olacaq. 

Mia.az publika.az-a istinadən vətəndaşların marağını nəzərə alaraq sənədin əsas hissəsini təqdim edir. Kredit təşkilatlarının vəzifələri Kredit təşkilatı bu Rəhbərliyin 3-cü hissəsində qeyd olunmuş məsuliyyətli kreditləşmə siyasətini rəhbər tutaraq aşağıdakı vəzifələri daşıyır: Kredit sifarişi ilə əlaqədar istehlakçıdan məlumatın toplanılması və yoxlanılması; Ödəmə qabiliyyətinin qiymətləndirilməsi; Təyinata uyğunluğun qiymətləndirilməsi; Qiymətləndirmə(lər)nin nəticələrini istehlakçıya açıqlanması. Kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir. Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatın toplanması və yoxlanılması Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır: - gəlirin məbləği və mənbəyi; - öhdəlikləri və xərcləri; - kredit tarixçəsi; - kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi; - istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı; - gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər; -əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi. Kreditin qiymətləndirilməsi Kredit təşkilatı istehlakçının kredit məhsulu üzrə öhdəliklərinin vaxtında icra olunmasına, onun ehtiyac və məqsədinə müvafiq olduğuna əmin olmalıdır. Kreditin qiymətləndirilməsi istehlakçının ödəmə qabiliyyəti və kredit məhsulunun təyinatına uyğunluğunun qiymətləndirilməsi kimi iki ardıcıl mərhələdən ibarətdir. Kredit təşkilatı müvafiq olaraq toplanmış və yoxlanılmış məlumata əsasən istehlakçıların maliyyə vəziyyətini qiymətləndirməli və təyinata uyğun məhsullar təqdim etməlidir Ödəmə qabiliyyətinin qiymətləndirilməsi Kredit məhsulu verilməzdən əvvəl kredit təşkilatı istehlakçının ödəmə qabliyyətini qiymətləndirməlidir. Ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi istehlakçıların ödəyə biləcəklərindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından istifadə olunur. BYG əmsalı aşağıdakı düsturla hesablanır: Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə BYG əmsalı = ---------------------------------------------------------------- X 100%. Borcalanın gəlirləri Aylıq borc yükü müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər aylıq ödəniş annuitet qaydası ilə hesablanır. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən alınmış məlumatlara əsasən fiziki şəxs olan borcalanın aylıq borc yükü müəyyən edilir; BYG əmsalı 50%-dən aşağı olduqda məqbul hesab olunur. Yəni müştərinin aylıq ödənişləri aylıq gəlirinin 50%-dən artıqdır, onda bu kredit müraciətinə imtina cavabı verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA