Brent nefti 46 dollara düşdü

img

19-08-2015 [22:40]


Xarici KİV-in məlumatlarına görə, bu gün neftin ucuzlaşması davam edib və günün sonuna Brent nefti 46 dollara, ABŞ xam nefti isə 40 dollara düşüb.

Bakı vaxtı ilə 21:00 radələrində Brent nefti 4%-ə yaxın ucuzlaşaraq 46,68 dollara düşüb. Səhər saatlarında Brent nefti 49 dollara idi.

ABŞ xam nefti isə (WTI) 5%-ə yaxın ucuzlşaraq 40,50 dollara düşüb.

Lakin bu arada Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.

Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər: "Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA