Generalın adam bıçaqlayan oğlu sərbəst buraxıldı-Məhkəmə qərarı

img

19-08-2015 [18:30]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb.Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.

Qeyd edək ki, Tamerlan Əsədullayev bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb.

Onunla bağlıYasamal rayon məhkəməsinin müvafiq qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA