19-08-2015 [11:46]
Heydər Əliyev bütün sahələrin fenomenal bilicisi idi
Tariximizin nəhəngi Heydər Əliyevlə Naxçıvanda onun kabinetində görüşərkən fikirləşdim ki, nə baş nazir, nə Türkiyənin enerji qurumunun nümayəndələri, nə də mən heç nə demirdik, yalnız Heydər Əliyevdən öyrənmək üçün bəzi suallar verdim. Danışan Heydər Əliyev idi. Biz təkliflər vermək əvəzinə ona qulaq asırdıq. Hamımız yəqinliklə bilirdik ki, Azərbaycanın müstəqil energetika sistemini və sənayesini yaradan Heydər Əliyevdir. O energetikanı bizim hamımızdan, Respublikamızdakı bütün mütəxəssislərdən daha dərin bildiyini, daha fundamental başa düşdüyünü bizimlə söhbətində bir də sübut etdi. Fərqimiz ondaydı ki, biz energetikanı və iqtisadiyyatı bir elm olaraq kitablardan oxumuşduq, Heydər Əliyev isə özü bilavasitə Azərbaycan enerji sistemini, energetika sənayesini, Azərbaycan iqtisadiyyatını yaratmışdı. Ən əsas fərqimiz isə o idi ki, Heydər Əliyev iqtisadiyyatımızın bütün sahələrinin fenomenal bilicisi olan bir şəxsiyyət idi, biz isə öz sahəmizdə olsa-olsa mütəxəssis idik.
Heydər Əliyev Azərbaycan hökumətinə ətraflı tələblər ünvanladı
Heydər Əliyev dedi ki, Naxçıvana yeni güc qoyuluşları lazımdır, Naxçıvanda dağ çayları üzərində yeni su elektrik stansiyaları tikilməlidir. Naxçıvana çoxlu sayda yeni transformatorlar, elektrik şəbəkəsi avadanlıqları lazımdır. O dedi ki, Azərbaycan hökuməti təcili olaraq Naxçıvanın enerji borclarının ödənilməsi və gələcəkdə də enerji ilə təmin olunması üçün İrana və Türkiyəyə ya elektrik enerjisi, yaxud da yanacaq verməlidir. Mən Heydər Əliyevin dediklərini bu yazıda çox qısa və yığcam şəkildə desəm də, o çox müfəssəl və əhatəli danışdı.
Heydər Əliyev dəyərli tövsiyələr verdi
Heydər Əliyev kimi dünya miqyaslı siyasətçi, SSRİ və Azərbaycan iqtisadiyyatını, energetikasını dərindən bilən bir siyasət nəhənginin təcrübəsindən bəhrələnmək üçün ondan soruşdum ki, bizə öz fəaliyyətimizi qurmaq üçün hansı tövsiyələri var?
Heydər Əliyev dəyərli məsləhətlər və tövsiyələr verdi:
1.Azərbaycanda vahid energetika siyasəti aparılması istiqamətində səylərinizi davam etdirin və gücləndirin.
2.Mövcud güclərin faydalı iş əmsalları yüksək olan müasir güclərlə əvəz olunması strategiyalarını respublika iqtisadiyyatının gələcək vəziyyətini nəzərə almaqla hazırlayın.
Heydər Əliyev: "Xarici neft şirkətləri ilə müqavilələr təcili imzalanmalıdır"
Heydər Əliyev həm də xüsusi olaraq vurğuladı ki, xarici neft şirkətləri ilə müqavilələrin təcili olaraq imzalanması lazımdır. Bu müqavilələr Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və davamlı inkişafını təmin edəcək. Biz neytral dövlət deyilik və neytral ola da bilmərik. Ermənistan Qarabağı işğal edib. Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənilərin dünyanın super dövlətlərində mütəşəkkil diasporaları fəaliyyət göstərir. Ona görə də mövcud vəziyyətdə Azərbaycanın bloklara qoşulması da təhlükəlidir. Belə olan halda Azərbaycanın taleyində xarici ölkələrin neft şirkətləri ilə imzalanmış müqavilələr əsaslı rol oynayacaq. Bu müqavilələr bizə imkan verəcək ki, balanslaşdırılmış iqtisadi və siyasi münasibətlər sistemi qura bilək. Xarici neft şirkətləri ilə imzalanan müqavilələr bizə tam müstəqil və neytral ölkə kimi hərəkət etməyə imkan verəcək. Xarici neft şirkətləri ilə imzalanan müqavilələr neft hasilatının yüksək dərəcədə artımını təmin edəcək. Bununla da müstəqil Azərbaycan iqtisadiyyatının təməli qoyulacaq.
Heydər Əliyevin öncəgörməsini tarix təsdiq etdi
Sonralar mən uzun müddət Heydər Əliyevin "Xarici neft şirkətləri ilə müqavilələr təcili imzalanmalıdır" fikri üzərində çox düşündüm. Heydər Əliyevin dediyini bəzi həmkarlarımla birgə analiz etdik. Hamımız belə qərara gəldik ki, Heydər Əliyev müqavilələrin təcili imzalanmasının vacibliyini deyərkən iqtisadi amillərlə yanaşı, həm də müqavilələrin Azərbaycanın milli təhlükəsizliyində mühüm rol oynayacağına işarə edib.
Heydər Əliyev Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi
Heydər Əliyev hakimiyyətə gələn kimi daxili məsələni həll etdi. Yəni Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi.
O vaxt da zamanın darlığı neft kontraktlarının imzalanmasını yubatdı. O zaman Azərbaycanı yalnız Türkiyə müdafiə edirdi. Qərb ölkləri Azərbaycanı müdafiə etmirdilər. Bu gün qəti deyə bilərəm ki, Kəlbəcərin işğalı, Azərbaycanın 3 yerə parçalanma təhlükəsinin yaranması Heydər Əliyevin öncəgörməsini bir daha təsdiq etdi.
Heydər Əliyev Azərbaycanı inkişaf və təhlükəsizlik erasına daxıl etdi
Gələcəkdə baş verə biləcək daha böyük təhlükələrin qarşısını almaq məqsədilə Heydər Əliyev Ermənistanla atəşkəs müqaviləsi bağladı. Heydər Əliyev bu tarixi məqamdan və imkandan məharətlə istifadə edərək, Azərbaycanı regional və qlobal iqtisadi və siyasi oyunçuya çevirən "Əsrin kontraktı" adlanan neft müqavilələrini imzaladı! Azərbaycanda dövlət çevrilişlərinə son qoyuldu. Azərbaycan yeni inkışaf və təhlükəsizlik erasına qədəm qoydu!
Ardı
var...
Prof.Dr. Qüdrət İsaqov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi