18-08-2015 [16:29]
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq İdarəsinin rəsi müavini Şahin İsmayılbəyli son günlər gündəmdə olan şirkətin korporativ geyimforması ilə bağlı müsahibə verib. Oxucu müsahibəni təqdim edir:
-Şahin müəllim, artıq dünya miqyasında transmilli şirkətə çevrilən SOCAR-da bu gün hansı beynəlxalq standartlar tətbiq edilir?
-Hazırdaölkə miqyasında, həmçinin xarici dövlətlərdə böyük layihələr həyata keçirən SOCAR artıq beynəlxalq şirkətə çevrilib. Şirkətin fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da genişlənməkdədir. Qeyd etdiyimiz kimi, SOCAR beynəlxalq şirkətə çevrildiyi üçün beynəlxalq standartların tətbiqi gündəmə gəlir.Dünyanın böyük neft-qaz şirkətləri kimi,SOCAR-da dabeynəlxalq standartlar tətbiq edilir. Məsələn, artıqbir neçə ildirki, ŞirkətinKorrupsiya ilə mübarizə və şəffaflığın artırılması üzrə standartlar Toplusu qəbul edilib. Buraya korrupsiya ilə mübarizə siyasəti, SOCAR-ın biznes etikası,Rəhbərvəzifələrə namizədlərin yoxlanılması, işə qəbul, xeyriyyə, sosial və sponsor yardımı və s. məsələlər daxildir. Dövlət Neft Şirkətində Satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlər Toplusu da, SOCAR-ın digər standartları kimi,beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb vətəsdiq edilib. Qeydedim ki, bizimstandartlar nüfuzlu beynəlxalq audit şirkətlərinin cəlb edilməsiyoluiləhazırlanıb.
-Bu gün dünyada tətbiq edilən beynəlxalq standartlardan biri də məhz korporativ geyim formaları ilə bağlıdır...
-Bəli. Hazırda dünyanın böyük şirkətlərində, eləcə də neft-qaz şirkətlərində tətbiq olunan əsas beynəlxalq standartlardan biri də korporativ geyim formaları (dresscode) ilə bağlıdır. Dresscodenə üçün lazımdır? Şirkətlərdə fəaliyyətsahələrindən və şirkətin daxili davranış qaydalarından asılı olaraq dresscode (işgüzar geyim qaydalari)dəyişir. Amma, mən bildiyimə görə, memarların çalışdığı sahələrdə rəsmi geyim formaları tətbiq olunmur. Yəqin nəzərə alırlar ki, memarlar yaradıcı insanlar olduqları üçün onlara geyim qaydaları lazım deyil. Buna baxmayaraq memarları geyim tərzinə görə asan tanımaq mümkün olur. Ancaq özünə hörmət qoyan böyük şirkətlərin əksəriyyətində işgüzar geyimqaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır.Məsələn, kişilər üçün kostyum, qalstuk, müəyyən tələblərə cavab verən ayaqqabılar və s. Qadınlar üçündə bu cür işgüzar geyim qaydaları nəzərdə tutulur. Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin geyimi də, digər faktorlarla yanaşı, çalışdığı şirkətin vizual imicini formalaşdırır.Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajlapeşəkar təsir bağışlanmamalıdır? Əgər mən bu gün sizi sinəsində hansısa əcnəbi pop ulduzunun şəkli əks olunmuş maykada, sürtülmüş, üzərində cırığı olan cins şalvarda, idman ayaqqabısında qarşılasaydım, sizin SOCAR haqqında və hüquq departamenti haqqında hansı təəssüratınız qalacaqdı? Nəzərə almaq lazımdır ki, siz bu binaya həmişə gələn adamsınız.
SOCAR-a gələntərəfdaşlarımızda, həyatında hətta cəmi bir dəfə də olsun buraya gələn qonaqlarımızda, danışıqlarda iştirak edən qarşı tərəflərdə, eləcə dəSOCAR-dan kənarda, xidməti ezamiyyələrdəbu şəxslərlə görüşdəSOCAR əməkdaşlarıqarşı tərəfdəŞirkətimiz barəsində bir təəssürat formalaşdırır.Bu zaman səningeyimimicin də həmin şəxslərin SOCAR barəsindəqalacaqtəəssüratlarınaöztəsirini göstərir.
-Bəs, SOCAR-da korporativ geyim formasıiləbağlıməsələlərnecə tənzimlənir?
-Bu gün SOCAR-a gələn, müxtəlif rəsmi-işgüzar görüşlərdə iştirak edən yerli və xarici tərəfdaşlar bizim əməkdaşlarımızla ünsiyyətdə olduqda onlarda müəyyən vizual imic formalaşır. Hesab edirik ki, bu vizual imic peşəkar olmalıdır. Ona görə də SOCAR prezidentinin müvafiq əmri ilə"SOCAR-ın korporativ geyim forması” standartıtəsdiq edilib və avqust ayının 1-dən etibarən bu qaydalar tətbiq edilməyə başlanıb. Bu standart vahid geyim formasını deyil (təəssüf ki, bəziləri mətbuatda belə yazmaqda israrlıdırlar…), yalnız isgüzar geyim qaydalarını özündə əks etdirir.
-Əvvəllər kim necə istəyirdi geyinirdi, eləmi?
Xeyr, əslində,SOCAR-da korporativ geyim qaydaları təsdiq edilənə qədər də bu normalaraümumilikdəəməl olunurdu. Əksəriyyət bilirdi ki, məsələn, Baş ofisə işə gəlir və təbii ki, işgüzar imicini gözləməlidir. Ancaq bu demək deyil ki, biz adət-ənənə və ya düşüncələrlə işimizi tənzimləməliyik. İndi SOCAR ailəsiböyükdür, işçilərin əksəriyyəti gənclərdir. Nə vaxtsa işçi toya geyindiyi ziyafət qiyafəsini işə də geyinib və həmin gün mühüm görüşdə iştirak edə bilərdi. Həmin işçiyə heç bir irad oluna bilməzdi, çünki onun günahı yoxdur. Onun geyim qaydalarını tənzimləyən bir sənəd mövcud deyildi. Odur ki, korporativ geyim qaydalarının hüquqi müstəviyə gətirilməsi üçün daxili normativ sənəd qəbul edildi. Qeyd edək ki, korporativ geyim formasına dair tələblərin pozulmasına görə indi işçilər məsuliyyət daşıyırlar.
-Bəzi insanlar SOCAR-da tətbiq edilən korporativ geyim formasını vahid geyim forması kimi başa düşürlər. Bu məsələyə necə aydınlıq gətirə bilərsiniz?
-Mən yuxarıda qeyd etdim ki, bu cür yanaşma düzgün deyil. Hətta yazırlar ki, SOCARkorporativ geyim formasını tətbiq etməklə vahid geyim formasınavə yauniformaya keçib. Hətta bəzi hüquq müdafiəçiləri də dərhal reaksiya verirlər ki, amandı qadınların dırnaqlarının lakına baxılacaq. Əslində isə bu, belə deyil. Korporativ geyim forması ilə uniformavə ya vahid geyim formasıtamamilə fərqli anlayışlardır.
Uniforma SOCAR-da həmişə tətbiq edilib və ediləcəkdir. Baş ofisdə çalışan mütəxxəssislər də istehsalat sahələrinə gedəndə onlara pulsuz verilmiş uniforma geyinirlər. Korporativ geyim forması isə sırf idarəetmə aparatında-baş ofislərdə çalışan işçilərə aiddir.Bu hansısa bir vahid forma deyil, işçilərin özlərinə məxsus, vəsaitləri hesabına alınmış, qarderoblarında mövcud olan paltarlardır. İşə gələndə, paltar şkafını açıb sadəcə hansı paltarı geyinməliyəm deyə düşünməli və nəyi geyinmək məsləhət görülmür onu geyinməməlidir. Yəni toyun, ziyafətin öz geyimi var, işin də öz geyimi.
SOCAR-ın korporativ geyim standartında açıq şəkildə qeyd edilib ki, geyim forması necə olmalıdır. Məsələn, buraya kişilər üçün kostyum və ya klassik biçimli şalvar və pencək, solğun və tək tonlu uzun qol (ilin isti aylar istisna olmaqla) köynəklər, geyimə uyğun gələn qalstuk daxildir. Qadınların geyim formasına isə kostyum və ya klassik biçimli şalvar və pencək, şalvar və ya ətəklə uyğun gələn solğun və tək tonlu, dərin kəsiyi olmayan uzun qollu (isti aylar istisna olmaqla) köynək, dizdən yuxarı olmayan don və ya ətək, tək tonlu naxışsız corab daxildir. Göründüyü kimi, işçilər zövqə uyğun geyim seçməkdə sərbəstdirlər, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğungəlməlidir.Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən transmilli neft-qaz şirkətlərində artıq uzun illərdir ki, tətbiq edilir.Bizim Standartlar da hazırlananda həmin təcrübələr öyrənilmişdir. Qeyd edək ki,korporativ geyim formasına əməl etməktələbiyalnız iş günlərinə aiddir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi