18-08-2015 [13:48]
Azərbaycanda dəmiryollarının ətrafı, avtomobil yollarının kənarı, elektrik xətlərinin, su hövzələrinin və çaylarının kənarı, kanalların ətrafındakı zonalar, neft kəmərlərinin ətrafı, maye qaz kəmərlərinin ətrafında ev tikmək olmaz.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, çox zaman insanlar bu informasiyalar barəsində məlumatlı olmadıqlarından və ya bilərəkdən qanunu pozurlar.
Belə ki, mühafizə olunan ərazilər Nazirlər Kabineti tərəfindən müəyyən edilib.
Həmin əraziləri və normaları sizlərə təqdim edirik:
Dəmiryolllarının ətrafı:
- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.
- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.
Avtomobil yollarının ətrafı:
- Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.
Elektrik xətləri keçən ərazilər:
- Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:
- Hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;
- Kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;
- Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:
Un, kV- xətlərin gərginliyi L.m - məsafələr
Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.
a)Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.
Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydalarin tələblərinə riayət edilməklə kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər.
Su mühafizə zonaları:
Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesabalnır:
- çaylar və göllər üzrə - yay dövründə orta illik su səviyyəsi həddindən;
- su anbarları üzrə - suyun normal yığılma səviyyəsindən;
- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə - suyun maksimum səviyyəsi həddindən;
- bataqlıqlar üzrə - onların sərhədlərindən;
Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:
- uzunluğu 10 km-dək olduqda 50 m;
- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;
- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;
- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;
- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;
- uzunluğu 500 km-dən artıq olduqda 500 m.
Göllərin və su anbarlarının su mühafizə zonalarının minumum eni aşağıdakı hədlərdə götürülür:
- akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;
- akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;
1. Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minumum eni onların su buraxma qabiliyyətindən aslı olaraq aşağıdakı hədlərdə qəbul edilir:
- 3 kb m /san qədər olduqda 5 m;
- 3-10 kb m /san olduqda 10 m;
- 10-30 kb m /san olduqda 25 m;
- 30-50 kb m/san olduqda 60 m;
- 50 kb m/san artıq olduqda 100 m.
Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.
Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir.
Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.
Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Neft kəmərləri keçən ərazilər:
İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:
- İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;
- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;
- çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;
- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;
- kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır
- baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstəriilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
Məsləhətləşmə zonası: çay keçidinin yuxarı və aşağı axarları üçün 3 km. məsləhətləşmə zonası nəzərdə tutulur.
Məsləhətləşmə zonası Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılacaq müvafiq prosedur əsasında tənzimlənir.
Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikililərə qədər olan minimum məsafə (m)
Qeyd:
1. müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər ən böyük məsafə həcmli çən üzrə təyin edilməlidir.
2. QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.
Mayeləşdirilmiş qazlar saxlanılan çənlərdən avtomobil və dəmir yollarına qədər olan minimum məsafə, (metrlə)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi