18-08-2015 [12:01]
Son günlər "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.
Bir müddət əvvəl də sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alışanovun İ.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yəni, prezidentin sərəncamı ilə təyin olunan İ.Məmmədovu A.Alışanovun işdən çıxarmağa səlahiyyəti çatmır.
Mia.az xəbər verir ki, AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun aparıcısı olduğu "Həftə” verilişinin də iki həftə efirə verilməməsi İbrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra "Həftə” dünən (16 avqust) efirə verilib. Maraqlı məqam isə odur ki, verilişi İ.Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb.
Məsələ ilə bağlı Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bunları deyib: "İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq R.Raqifoğlu aparır”.
Telekanal sözçüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılmışdı. X.Qasımova "Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: "Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. "Həftə” proqramına tam yeni heyət cəlb olunub”.
Məsələni dəqiqləşdirmək üçün İbrahim Məmmədovla da əlaqə saxladıq. Aparıcı hazırda məzuniyyətdə olduğunu bildirib. O, "Siz məzuniyyətdə olduğunuz üçün verilişinizi həmkarınız aparır” sualına isə yenidən "Mən məzuniyyətdəyəm!” deyərək cavab verməkdən imtina edib.
***
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, "Həftə” analitik proqramının aparıcısı və müəllifi İbrahim Məmmədov son günlər televiziyada baş verən qalmaqallar, efirdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: "Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi