Ziya Məmmədova hökumətdə başqa vəzifə verilə bilər

img

17-08-2015 [21:58]


Azərbaycanda parlament seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək.

Bu barədə Modern.az-a məlumat verən mənbə qeyd edib ki, dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq.

Ziya Məmmədova başqa vəzifə veriləcək.Mənbə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Baş nazirin müavini postuna gələcək.Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir.

Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq.

Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasov statuslu bir vəzifədə olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA