Prezident daha bir generalı işdən çıxardı - Təyinat

img

17-08-2015 [14:12]


Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb.

Mia.az aznews.az-a istinadən xəbər verir ki, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib.

General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib.

Məlumat üçün bildirək ki, sözügedən vəzifənin rəisi, polkovnik Rüfət Əmirov dünən bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rasim Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda idi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA