Nazir müavini vəzifədən getdi; Müdafiə Nazirliyində yeni təyinatlar

img

16-08-2015 [13:40]


Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. O, ordu birləşmələrindən birinin komandan müavini təyin edilib.

Mia.az xəbər verir ki, "AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Q. Qarayevin yerinə polkovnik Fuad Məmmədov təyin olunub.

Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA