15-08-2015 [23:31]
Növbəti parlament seçkilərinə sayılı günlərin qalmasına baxmayaraq, ötən seçkilər öncəsi olan siyasi aktivlik müşahidə olunmur.
Xüsusilə də, müxalif cəbhədəki passivlik həmin cameənin seçkilərə olan inamsızlığından xəbər verir. Məğlubiyyəti əvvəlcədən qəbul edən müxalifət heç də siyasi səhnədə tək qapıya oyun vəziyyətini yaratmayıb.
Bu seçkinin də müəyyən mənada gərgin keçəcəyinə qəti şübhə yoxdu. Ona görə ki, oliqarxiya indidən mandat uğrunda savaşda maraqlı olduğunu biruzə verir. Bəli, bu seçkilərdə oliqarxlaşan məmurlar öz adamlarının parlamentdə təmsil olunmağında maraqlı olacaqlar. Hətta vəziyyət o yerə çatıb ki, oliqarx kimi xarekterizə olunan məmurlar öz övladlarının deputat olması üçün də "dəridən-qabıq"dan çıxırlar.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, oğlunu deptatlığa ciddi-cəhdlə hazırlayanlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadədir. Əslən Qax rayonundan olan Əhmədzadə atasının adını daşıyan Cuma adlı oğlunu doğma rayonundan millət vəkili seçdirmək istəyir.
Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman bu faktor Cuma Əhmədzadənin deputat seçilməsi üçün əlavə divident anlamına gəlir.

Eyni zamanda, Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması da, onun şansını bir az da artıra bilər. Ancaq bunun üçün Cuma Əhmədzadənin Qaxda hazırkı millət vəkili Azər Kərimlini udması lazımdır.
Dalbadal iki dəfə Qaxdan millət vəkili seçilən Azər Kərimli həmin rayonun əhalisi arasında ciddi nüfuzu qalmasa da, Cuma Əhmədzadə onu yenmək üçün "fövqəlnazir" Kəmaləddin Heydərovun maraqlarına toxunmalıdır. Cünki Azər Kərimli birmənalı olaraq, Kəmaləddin Heydərovun adamı kimi tanınır(Azər Kərimli və qardaşı Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan 17 pampıq zavodlarını özündə birləşdirən "M.K.T." çirkətini uzun illər kurasiya ediblər - Mia.az).
Qeyd edək ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə atasının sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti ("ALPS s.r.o.”, "GYUNEL LİMİTED”) olması barədə daha əvvəllərdə mətbuatda yazılıb. "GLOBALLY LTD” adlı daha bir şirkətin məhz Cümə Əhmədzadəyə aid olması təsdiqlənib.
Həmçinin Cuma Əhmədzadə Azərbaycanda "Advisors CO.”, "Proyekt”, "Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibidir. Cüma Əhmədzadənin, həm də otelllər zəncirinin sahibi olduğu da bildirilir.
Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən "El-Resort” oteli də onun biznes imperiyasına aiddir.

Mia.az-a daxil olan məlumata görə, bu iki qrupu, yəni Əhməd Əhmədzadə-Elman Rüstəmov qrupu ilə Kəmaləddin Heydərovu bu seçkidə sözügedən dairədə üz-üzə gətirməkdə maraqlı qüvvələr də var. Hansı ki, hələlik özlərini prosesdən "gizlədən" qruplaşmalardan birinin namizədi də Azər Kərimlinin deputat olduğu dairə üzrə iddialıdır. Və onlar bu iki güclü qrupu üz-üzə gətirməklə öz namizədlərini önə çıxarmaq istəyirlər...
Mia.az olaraq, o namizəd və qruplaşma haqqında əldə etdiyimiz məlumatları dəqiqləşdirmək üzrə olduğumuzdan hələlik təfərrüata toxunmuruq. Yaxın günlərdə əlavə araşdırma ilə oxuculara təqdim edəcəyik!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi