Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə hadisə - İki polis yaralandı, soydaşımız tutuldu

img

15-08-2015 [15:06]


Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində insident baş verib.


Mia.az APA-ya istinadən bildirir ki, dünən baş vermiş insidentlə bağlı bir azərbaycanlı saxlanılıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, DİN-in baş idarəsinin əməkdaşlarına soyuq silahla hücum edilib və nəticədə iki polis yaralanıb. Poniçala (Soğanlıq) kəndində "Toyota" avtomobilin sürücüsü polis əməkdaşlarını soyuq silahla yaraladıqdan sonra maşına minib və hadisə yerindən qaçıb.

 

Avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Namiq adlı şəxs də polisə müqavimət göstərib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı həmin şəxsin üzərindən 26 paket narkotik vasitə aşkarlanıb və ekspertizaya göndərilib.

Poniçala (Soğanlıq) kəndində baş verən insidentlə bağlı Gürcüstan CM-nin 260-cı və 353-cü maddələrinə (narkotik saxlanması və polisə qarşı müqavimət) əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA