Türkiyəyə 3 uşağı satmağa aparan tutuldu

img

15-08-2015 [12:09]


Avqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb. 

 Mia.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov deyib. A.İbrahimov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu "Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri - 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla razılıq əldə edib, razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib. Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib. DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA