İcra Hakimiyyətindən sərt etiraz məktubu: "Qanun qarşısında cavab verəcəklər!"

img

15-08-2015 [00:15]


Beyləqan rayon icra hakimiyyətindən Mia.az-a rəsmi müraciət daxil olub.

Beyləqan rayon İcra Hakimiyyətinin "İnformasiya təminatı və təhlili sektoru"ndan daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Son günlər bəzi mətbuat orqanlarında Beyləqan rayon İcra başçısı Vaqif Abdullayev haqqında şər böhtan, iftira dolu yazılar dərc olunmaqdadır. Həmin "məqalələr"də guya icra başçısının çox milyonlu villaları və bahalı maşınlarının olduğu qeyd olunur. Çox təəssüf ki, bəzi saytlar qaralama kampaniyası ilə rayon İcra başçısına və məsul işçilərə böhtan atırlar. Bununla bağlı müvafiq hüquqi addımlar atılacaq. İcra başçısının heç bir yerdə villası, nə də bahalı maşınları yoxdur. Bu cür böhtan yazılarla Vaqif Abdullayevin nüfuzunun aşağı salınmasını düşünənlər, yanılırlar. Ölkə və Beyləqan ictimaiyyəti yaxşı bilir ki, İcra başçısı Vaqif Abdullayev haqqında yazılan bu cür "xəbərlər” böhtandan, qərəzdən başqa bir şey deyildir. İcra hakimiyyəti olaraq, bu tipli xəbərləri çirkin iftira sayırıq və bildiririk ki, bu qarayaxma kampaniyası icra başçısının son illər Beyləqan rayonunda həyata keçirdiyi abadlıq, quruculuq işlərinə kölgə salmaq məqsədi daşıyır. Ancaq bu şirkin kampaniyaya əl atanlar heç vaxt məqsədlərinə çatmayacaqlar. Yalan ayaq tutsa da, yeriməz. Bu yolla rayonda görülən geniş abadlıq işlərinə kölgə salmaq istəyənlər qanun qarşısında cavab verəcəklər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA