Köhnə metro kartları ilə bağlı xəbərdarlıq - Rəsmi açıqlama

img

15-08-2015 [00:37]


"Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mövcud metro kartlarının girov dəyərinin qaytarılması ilə bağlı yeni açıqlama yayıb.

Mia.az həmin açıqlamanı təqdim edir:

"Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni” QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı 15 avqust 2015-ci il tarixi gecə saat 24:00-dan etibarən dayandırılacaq.

Avqust ayının 31-nə kimi isə metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. 1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan Bakıkarta transfer edilə bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA