14-08-2015 [20:46]
Ötən həftə Bakıda Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə azərbaycanlı startaplar arasında keçirilən Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək Startapın adı bəlli olub.
Mia.az xəbər verir ki, bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını Piriyev Aero adlı Startap qazanıb. 12 yerli startap arasında qalib seçilən Piriyev Aero 2016-ci ilin fevral ayında İsveçrədə keçiriləcək Seedstars World müsabiqəsinə qatılacaq. Qalib müsabiqəyə Dronee layihəsi ilə qatılıb.Bu layihə özündə hardware platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun hardware (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər. Müsabiqədə ikinci yerə xatırlama xüsusiyyəti ilə tapşırıq göndərən Flapus mobil əlavəsi, 3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti Bethclip layiq görülüb.
Azercell ilə yanaşı, PASHA Bank-ın təşkilatçılığı və dəstəyi, ADA Universitetinin, Khazar Ventures, Barama və Uber şirkətlərinin dəstəyi ilə baş tutan bu müsabiqə inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal bir layihədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.
Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir.
Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.
Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır.
Qeyd edək ki, fəaliyyət göstərdiyi müddət ərzində Barama Mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub, gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları təşkil edilib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi