14-08-2015 [19:26]
2 saylı cəzaçəkmə müəssisəsində (CM) cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədov ictimaiyyətə müraciət edib.
İ.Məmmədov həmin müraciətində 2 saylı CM rəhbərliyini ona mənəvi təzyiq göstərməkdə ittiham edib. Onun bu bəyanatı REAL hərəkatının saytında yerləşdirilib.
İ.Məmmədov CM rəisinin müavinini ittiham edərək bildirib ki, müavin ona dəfələrlə xəbərdarlıq edib. Deyib ki, əgər Məmmədov prezidentə əfv üçün müraciət etməsə, ona divan tutulacaq.
İ.Məmmədovun sözlərinə görə, o, bu gün flüoroqrafiya müayinəsindən (döş qəfəsinin rentgen müayinəsi) keçməkdən imtina edib. Bu müayinə məcburidir. Ədliyyə Nazirliyinin göstərişinə görə, bütün məhkumlar bu müayinədən keçməlidir. İ.Məmmədov isə həyatına ola biləcək təhlükələrdən çəkinərək bu müayinədən imtina edib.
Bundan sonra CM rəisinin müavini Emin Həsənov İ.Məmmədovu yanına çağırıb və onu divan tutmaqla, işgəncə ilə hədələyib. İ.Məmmədov onu da əlavə edib ki, CM rəhbərliyi onun telefondan istifadə hüquqlarını məhdudlaşdırıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov İ.Məmmədovun bu bəyanatını virtualaz.org saytına şərh edərkən bildirib ki, məhkum Məmmədovun bugünkü bəyanatı təxribatdır və onun özündən qəhrəman düzəltmək, ictimaiyyətin diqqət mərkəzində qalmaq üçün göstərdiyi yeni cəhddir:"Rəsmən bəyan edirik ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət edib. Bu sənəd onun şəxsi işində də var. Əgər İlqar Məmmədov əfv üçün artıq müraciət edibsə, onu dövlət başçısına ikinci dəfə əfv ərizəsi yazmağa məcbur etmək nəyə lazımdır?
Digər tərəfdən, biz heç kimi məktub və müraciət yazmağa, əfv istəməyə məcbur etməmişik və məcbur etmirik. Bu, bizim funksional vəzifələrimizə daxil deyil. Əgər məhkum hansısa bir dövlət orqanına və ya dövlətin baçısına müraciət edirsə, biz onun bu qanuni hüquqlarını təmin edirik.
Əslində burada məsələ tamam başqadır. Məhkum İlqar Məmmədov cəzaçəkmə müəssisəsində özü üçün güzəşt və üstünlüklər tələb edir. Bu isə milli qanunvericiliyə, habelə CM-in daxili qaydalarına və daxili rejiminə ziddir və qanunla yolverilməzdir. Müəssisədə özünə xüsusi status tələb edən Məmmədov daxili rejim qaydalarını tez-tez pozur”.
Rentgen müayinəsi zamanı Məmmədovun səhhətinə təhlükə olması barədəki sualı cavablandıran Y.İsakov bildirdi ki, bu iddia sadəcə olaraq gülməlidir:"Vərəmlə mübarizə üzrə təlimata uyğun olaraq avqustun 11-dən etibarən bütün CM-lərdə flüoroqrafiya müayinələri həyata keçirilir və bütün məhkumlar müayinə olunur. Bu müayinələri Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi həyata keçirir. Həmin təlimat 2013-cü il, avqustun 1-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.
Məsələ burasındadır ki, İlqar Məmmədov bu gün - avqustun 14-də saat 15:00-da özü könüllü şəkildə bu müayinədən keçib. Onun bütün spekulyasiya və demaqoji ritorikası isə gülüş doğurur. Bunun əvəzinə başqa şey düşünsə, daha yaxşı olar. Belə variantlar artıq yeni və maraqlı deyil. Bir şeyi də anlamaq lazımdır ki, İlqar Məmmədov özündən başqa artıq heç kəsə gərək deyil”.
Y.İsakov sonda bunu xüsusi qeyd etdi ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi