14-08-2015 [17:50]
Goranboy rayonu 08 avqust 1930-cu ildə yaradılsa da, onun adı 1938-ci ildən Qasım İsmayılov adlandırılır.
Ümumi ərazisi 1791 kv2 olan rayonun əvvəlki adı, 1992-ci ildə yenidən özünə qaytarılır. Son məlumatlara görə bu gün rayonda əhalinin ümumi sayı 111727 nəfərdir. Rayonun yaradılmasının 85 illiyi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, 07 avqust 2015-ci il tarixdə elmi-praktik konfrans, istehsal sahələrini özündə əks etdirən sərgi və rayonun tarixini əhatə edən mədəni-kütləvi tədbirlər də keçirilmişdir. Keçirilən elmi-praktik konfransı ilk olaraq, rayon icra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev açdıqdan sonra, mövzu ilə bağlı icra hakimiyyəti başçısının müavini Elçin İsmayılovun, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyevin və rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalovun da məruzələri dinlənilmişdir. Tədbir zamanı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup əmək veteranına və qabaqcıllarına, icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və pul mükafatları da verilmişdir.
Rayonun yaradılmasının 85 illiyi ilə bağlı, 07 avqustda keçirilən tədbirdə respublikanın tanınmış incəsənət nümayəndələri, o cümlədən Könül Kərimova, Cabbar Musayev, əməkdar artist Gülüstan Əliyeva, Samir Piriyev, Günay İbrahimli, İlkin Əhmədov, Aqşin Tariyeloğlu, skiribkaçı əməkdar artist Səlim, müğənni Elton və digərləri iştirak etmişlər. Konsert proqramı ictimai televiziyada canlı şəkildə yayımlanmışdır. Belə bir tədbirlər rayonun həyatında xüsisi əhəmiyyət daşıdığından, bu yöndə atılan hər bir addımı xüsusi qiymətləndirmək lazımdır. Sözsüz ki, bu günün özü də bir tarixdir. Əgər cənab Nizaməddin Quliyev rəhbərlik etdiyi rayonun tarixinin qeyd olunması üçün xüsusi təşəbbüs göstərirsə, belə bir addımın özü, həm də tariximizin yaşadılması deməkdir.
Bir həqiqəti də qeyd edək ki, Nizaməddin müəllimin rayon rəhbərliyinə təyinatı, Goranboyun tarixində olduqca əhəmiyyət daşıyan dönüş nöqtəsinin başlanğıcı oldu. Məsələn, bu gün rayonun kənd və qəsəbələrində sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılırsa, xüsusilə də rayonun ermənilərdən 250 metrlik aralı məsafədə, yəni sərhəd zolağında yerləşən Tapqaraqoyunlu kənd sakinlərinin təhlükəsizliyi naminə, uzunluğu 1500 metr, hündürlüyü isə 6 metr olan sədd çəkilirsə, sərhəd kəndlərinə lazımi diqqət göstərilirsə, əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, işsizliklə bağlı problemlərinin və digər məsələlərinin həlinə rəhbərlik diqqətlə yanaşırsa, bunu necə unutmaq olar? Əlbəttə ki, olmaz! Çünki, sadaladıqlarımızın hamısı, məhz Nizaməddin Quliyev başçı təyin olunduqdan sonra həllini tapıb. Adicə bir misalı qeyd edək ki, rayon rəhbərliyinin işgüzar fəaliyyəti zaman-zaman hakimiyyətin yuxarı dairələrinin də diqqətini cəlb etdiyindən, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, onu "Şöhrət ordeni” ilə də təltif etmişdir.
Ümumiyyətlə, Goranboy təkcə belə bir göstəriciləri ilə deyil, həm müalicəvi neft yatağının olması, həm də yüksək keyfiyyətli neftinin varlığı ilə də adını dillər əzbəri edib. Məsələn, vaxtilə istifadə olunan neftindən götürülmüş nümunələr, məhz Goranboy neftinin Küveyt nefti ilə eyni olduğunu aşkara çıxarmışdır.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi