“Prezident göstəriş verdi, villalar söküldü..." - İcra başçısı

img

14-08-2015 [14:04]


"Dostluq parkı”ndakı villaların hamısı sökülüb”.

Mia.az xəbər verir ki, bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. Bakı meri deyib ki, söküntülərin yerində əvvəllərdə olduğu kimi yaşıllıq salınıb: 

"Prezident göstəriş verdi, villalar söküldü. Yerində yaşıllıq salınıb və bu işlər davam etdirilir. Əminəm ki, insanların rahat istirahət edə biləcəyi bir park yaradılmasına nail olacağıq”. 

Hacıbala Abutalıbov qarşıya qoyulan vəzifələrin hamısının yerinə yetirildiyini vurğulayıb: "Hər şey plana uyğun reallaşmaqdadır. Bundan sonra da işləri davam etdirəcəyik”.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, Səbail rayonundakı "Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların sökülməsi ilə bağlı göstəriş vermişdi. Göstərişdən sonra villaların söküntüsünə start verilsə də, sahiblərin kimliyi barədə hələ də məlumat verilmir.

O zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sənədlərdə villaların sahibi olaraq ayrı-ayrı adamların adlarının qeyd olunduğunu, amma bu günə qədər nə sənəd sahibləri, nə də onların arxasında duran şəxslərin üzə çıxdığını bildirib. H.Abutalıbov həmin ərazidə 40-dan çox villanın söküldüyünü deyib... 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA