Nazirlikdən özəl klinikalara ciddi xəbərdarlıq

img

14-08-2015 [13:00]


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir.

Mia.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır.

Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA