Bakıda qadın üstünə benzin töküb od vurdu - Dəhşətli intihar

img

14-08-2015 [12:34]


Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Bakı Mərkəzi Bazar" MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızı özünü yandırıb.

36 yaşlı qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər. X.İmanova bazardaca yanaraq ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA