14-08-2015 [12:03]
"Dünən ölkə başçısı Silahlı Qüvvələrlə bağlı çox mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları postdan uzaqlaşdırması və sərt xəbərdar etməsi olub”.
Mia.az xəbər verir ki, bu açıqlamanı hərbi ekspert Üzeyir Cəfərov paylaşıb.
Onun açıqlamasını olduğu kimi təqdim edirik:
"Ölkə başçısı Silahlı Qüvvələr ilə bağlı çox mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları vəzifədən azad etməsi və sərt xəbərdar etməsi olub.
Sevindirici haldır ki, vəzifəsindən azad edilən və bu yaxınlarda haqqında ciddi tədbirlər görüləcəyi bəzi generallar nədənsə özlərini çox arxayın və az qala qanundan kənar hesab edirdilər. Onların əməlləri dövlət başçısının göstərişinə əsasən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində artıq qərar qəbul edilimişdir. Kimliyindən və dünənə kimi hansı xidmətləri olmasına baxmayaraq ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib.
Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırmışdır. Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırmışdır.
Beləliklə, Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilimişdir. Həmçinin Sİlahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılmışdır.
Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və qanun pozuntusuna yol vermiş hər kəsi kimliyindən asılı olmayaraq ən sərt şəkildə cəzalandıracağını bəyan etmişdir. Yəqin ki, ordu sıralarında olan bəzi rəhbər vəzifəli şəxslər üçün də prezidentin dünənki addımı bir siqnal rolu oynayacaqdır.
Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır.Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaqdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi